• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4918
— 19.11.2014 18:52

Sürətlə idarə olunan avtomobil dərəyə yuvarlandı

Bakı-Qazax avtomagistralının 469-cu kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Sürətlə idarə olunan “Nissan” markalı avtomobil idarəetməni itirib magistral yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü 43 yaşlı Tovuz rayon Əyyublu kənd sakini Eldəniz Zeynalov və onun sərnişini Şəmkir rayon sakini 23 yaşlı Bahar Məmmədova müxtəlif xəsarətlər alaraq Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, sərnişin Bahar Məmmədovanın vəziyyəti daha ağır qiymətləndirilir. Faktla bağlı  BDYP-nin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Daha bir qəza Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində olub. Belə ki, avtomobilin idarəedilməsinin itirilməsi nəticəsində o Əlican çayının üzərindəki körpüdən aşıb. Rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Akif Qasım oğlu Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində çayın yatağına düşüb. Nəticədə sürücü yaralanıb. O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Onun sol ayağının sındığı bildirilir. Faktla bağlı araşdırma aparılır.