• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4192
— 19.11.2014 18:52

Lənkəranda saxta pul və narkotik vasitənin satışı ilə məşğul olan şəxslər saxlanılıb

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 33 yaşlı Namiq Həsənov  Avtovağzal ərazisində saxlanılıb. Üzərinə baxış keçirən zaman ondan saxta 300 ABŞ dolları aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki,  Namiq Həsənov həmin pulu rayonun Girdəni kənd sakini 43 yaşlı Arzuman Mirzəyevdən hər birini 20 manata alıb. Arzuman Mirzəyevin evinə baxış keçirən zaman isə oradan külli miqdarda narkotik vasitə olan marixuana və çətənə bitkisinin toxumu aşkarlanıb.

Toğrul Hüseynov- müstəntiq: “Arzuman Mirzəyevin evinə baxış keçirilib. Baxış zamanı onun evindən 572 qram narkotik vasitə olan qurudulmuş  marixuana aşkar edilərək götürülüb, bundan başqa 28 qram çətənə bitkisinin toxumu da aşkar edilərək götürülüb”.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.