• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3137
— 19.11.2014 12:49

Qazaxda kələm yığımına başlanılıb

Bu vaxtadək sahələrdən 3 min tondan artıq məhsul götürülüb. Amma təsərrüfatçılar keçən il bitkinin ucuz satılmasını nəzərə alaraq bu il qismən az əkiblər.

Əsasən Qazaxın Orta Salahlı kəndində becərilən kələm məhsuldar olmaqla yanaşı qiymətinə görə də, təsərrüfat sahiblərini sevindirir. Hazırda sahələrdən yığılan məhsul alıcılara 40 qəpiyə satılır. Təsərrüfatçılar kələmin toxumunu Gəncə şəhərindən aldıqlarını deyirlər. Rayonda həmçinin Özbəkistana gətirilən kələm sortu da becərilir.

Yayda əkilən kələm payızın son günlərinə qədər yığılır. Sakinlər ötən il ucuz olduğundan bu il bu bitkini nisbətən az əkiblər. Fermerlər onu da bildirirlər ki, keyfiyyətli məhsul əldə etmək üçün havanın günəşli olması da əsas şərtdi. Ümumilikdə bu il Qazaxda 465 hektar sahədə bol tərəvəz yetişdirilib ki, bunun da 150 hektara yaxını kələmin payına düşür. Sahələrdən bu günə qədər 3 min 730 ton məhsul tədarük olunub. Hazırda rayonda yığım davam edir.

Rahim İbrahimoğlu