• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3136
— 19.11.2014 12:43

Toxum istehsalı ilə məşğul olan fermerlər satış bazarının olmamasından narazıdırlar

Onlar deyir ki, əkərək yüksək reproduksiyalı toxum əldə etsələr də, təhvil məntəqələrinin olmaması məhsulun realizəsində problemlər yaradır. 

Təsərrüfatçı Tükəzban Nəsibova neçə ildir ki, icarəsində olan 70 hektar torpaq sahəsində toxumluq dənli və tərəvəz bitkiləri əkib-becərir. İstehsal hesabına 30-40 ton tərəvəz əldə edilir ki, bu da respublikanın 15-20 faiz təmin etmək deməkdir. Eləcə də 150-200 ton taxıl toxumu da dövlətə təhvil verilir. Lakin təsərrüfatçı toxumları təhvil verən məntəqənin olmamasından narazıdır.

Tükəzban Nəsibova- təsərrüfatçı: "Aqrar Elm Mərkəzi, Əkinçilik İnstitutundan elit toxumlar alıb əkirik və 1-ci və 2-ci reproduksiyalı toxumlar istehsal edirik. Amma istehsal etdiyimiz toxumların satışında problemimiz var. Biz həm istehsalçı, həm də istehlakçı qismində iştirak edə bilmirik. Nə vaxtımız yoxdur, nə də alıcı obyekt yoxdu ki, birbaşa toxumu ora sataq".

Günümüzdə xaricdən gələn toxumların yerli bazarda yer almasını nəzərə alsaq müsahibimizin də söylədiyi kimi yerli iqlim şəraitinə uyğunlaşan və yüksək reproduksiyalı toxumlara böyük ethiyac var. Ona görə də bu sahənin inkişaf etdirilməsi üçün satış məntəqələrinin  yaradılmasına zərurət yaranır.

Aidə Ramizqızı