• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1573
— 19.11.2014 12:21

UEFA 2016-cı il Fransada keçiriləcək Avropa çempionatının talismanını rəsmən təqdim edib

Final mərhələsi Fransada keçiriləcək yarışın rəmzi talismanı 16 nömrəli futbolkada olan oğlandı.Talismana ad qoymaqla bağlı müsabiqə davam edir. Müsabiqəyə 3 ad təqdim olunub. UEFA-nın rəsmi saytı vasitəsilə azarkeşlər Driblou, Qoaliks və SuperViktor adları arasında seçim edir.

Xatırladaq ki, Avro-2016-ın final mərhələsinin matçları Bordo, Lans, Lill, Lion, Marsel, Nitşe, Paris, Sen-Deni, Sent-Etyen və Tuluzada keçiriləcək. İlk dəfə olaraq Avropa çempionatının final mərhələsində 24 yığma iştirak edəcək.