• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 19.11.2014 08:28

Naməlum şəxslər Gəncə sakinini ölümcül yaralayıb

Bu gecə saat 02:00 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində bir neçə nəfərin iştirakı ilə münaqişə qeydə alınıb. Mübahisə zamanı şəhər sakini 27 yaşlı Anar Paşayev bir neçə bıçaq zərbəsi alıb. Xəstə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı Paşayevin üzərində 3 bıçaq zərbəsi aşkarlanıb. Əməliyyatdan sonra yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hələlik Anar Paşayevin kim tərəfindən bıçaqlandığı məlum deyil. Polis bu istiqamətdə araşdırmalarını davam etdirir.

Cəlal Zeynalov həkim: Xəstə gecə saat 02:20 radələrində xəstəxanaya daxil olub. Gətirilərkən qarın alın və sifət nahiyyəsində bıçaq yaraları vardır. Qarnına vurulan zərbə daxilə nüfuz etdiyindən yaralı əməliyyat olunub. Digrə yaralar isə işlənərək tikilib. Hal-hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur.