• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 18.11.2014 18:01

Şirvanda 80 yaşlı qadın naməlum şəxslər tərəfindən qətlə yetirilib

Şirvan prokurorluğundan verilən məlumata görə, 17 noyabr axşam saatlarında Heydər Əliyev prospekti 46, mənzil 33  ünvanında yaşayan  80 yaşlı Osmanova Xalidə Mahmud qızının meyidi Şirvan şəhərinin “Bağ evləri” massivində həyətyanı sahəsində yerləşən yardımçı otaqdan tapılıb. İstintaqın bildirdiyinə görə, qadının üzərində zorakılıq əlamətləri aşkar olunub.

Belə ki, Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində meyit müayinə olunarkən onun bədəninin müxtəlif hissələrində, o cümlədən baş və qol nahiyəsində zorakılıq əlamətləri müəyyən edilib. Mərhumun qohumlarının və qonşularının qeyd etdiyinə görə, əvvəllər Şirvan şəhəri 10 saylı məktəbdə müəllimə kimi çalışan və iki il bundan əvvəl təqaüdə çıxan Xalidə Osmanova hər gün səhər və axşam bağ evinə orada saxladığı toyuq-cücəyə dən atmağa gedirmiş. Xalidənin axşam evə qayıtmadığını görən qonşular yardımçı otaqda onun meyidini aşkar ediblər.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.