• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4789
— 18.11.2014 18:34

Bakıda yataqxana uçdu

Hadisə rayonun Dərnəgül qəsəbəsi Ağasadıx Gəraybəyli küçəsi 31 ünvanında baş verib. Belə ki, həmin ünvanda yaşayan  44 yaşlı Emin Ələkbərovun azyaşlı uşaqları oynayan zaman ümumi istifadə üçün nəzərdə tutulmuş lakin təmirə bağlanmış mətbəxə daxil olublar. Bu zaman Emin onları oradan çıxarmaq üçün həmin otağa girib. Ağırlığa tab gətirməyən döşəmə uçub və Emin Ələkbərov aşağı mərtəbəyə düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Təcili Tibbi Yardım maşını ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müayinəyə buraxılıb. Hazırda bina sakinlərini qəzalı vəziyyətdə yaşamaları narahat edir.