• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3436
— 18.11.2014 18:54

Yuxarı Qarabağ kanalında batan iki qardaşdan birinin cəsədi tapılıb

7 gün öncə Yuxarı Qarabağ kanalında batan iki qardaşdan birinin cəsədi tapılıb. 2001-ci il təvəllüdlü Ömər Hikmət oğlu Əvəzzadənin cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Mingəçevirdə məskunlaşan Ağdərə rayonundan olan məcburi köçkün 13 yaşlı Ömər Hikmət oğlu Əvəzzadə və onun kiçik qardaşı 11 yaşlı Ülvü Əvəzzadə Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş kiçik qardaşının suda boğulduğunu görüb və onu xilas etmək üçün kanala atılıb. Nəticədə onların ikisi də suda batıb.