• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 18.11.2014 18:06

Ölkədə axtarışda olan 226 nəfər saxlanılaraq müfaviq qurumlara təhvil verilib

Dövlət sərhəd xidməti tərəfindən ötən ay axtarışda olan 226 nəfər saxlanılaraq müfaviq qurumlara təhvil verilib. Dövlət sərhəd xidmətindən verilən məlumata görə, oktyabrda dövlət sərhədini pozmağa cəhd edən 21 nəfər saxlanılıb. Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində isə 52 halda ümumi dəyəri 203 min manat olan malların sərhəddən keçidinin qarşısı alınıb. Sərhədçilərin sayıqlığı nəticəsində 1 avtomat, 2 avtomat darağı, 57 ədəd patron, 1 qumbara, 1 pnevmatik tapança və digər vasitələr aşkarlanaraq saxlanılıb.