• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2866
— 18.11.2014 10:41

Şəmkirdə qardaşoğlu bibisini bıçaqlayıb

Şəmkir şəhər sakini, 35 yaşlı Arzu Bayramova bu gecə saat 2 radələrində üzərində bıçaq yaraları olan xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya ilkin tibbi yardım göstərib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Şəmkir rayon Polis şöbəsindən verilən məlumata görə, Arzu Bayramovanı qardaşı oğlu İsmət Mirzəyev bıçaqlayıb. Hələlik hadisəni törədən şəxsi saxlamaq mümkün olmayıb.

Ceyhun Rəsulov- həkim: “Xəstə Arzu Bayramova şöbəyə döş qəfəsinin sağ, arxa səthinin kəsilən və deşilən yarası ilə daxil olub. Hal-hazırda vəziyyəti orta-ağırdır. Müalicə və müayinələr davam etdirilir”.

Baş vermiş faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.