• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 17.11.2014 22:02

Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 15-də Biləsuvar Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amankənd kəndinin ərazisində İran İslam Respublikasının vətəndaşı Həmid Qureyşi Mirətadan 5 kiloqram tiryək götürülüb. Bundan başqa, Biləsuvar Rayon Polis Şöbəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində Yardımlı rayonunun Pirembel kəndi ərazisində Bakı şəhər sakini Əziməmməd Məmmədovdan 1 kiloqram tiryək və 6 kiloqram həşiş qətranı götürülüb.