• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 937
— 17.11.2014 23:56

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 22 yaşlı Tacəddin Xasıyev qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, Tacəddin Xasayevi şəxsi münasibətlər zəminində şəhər sakini, 17 yaşlı Eyyub Mustafayev tərəfindən bıçaqlanıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.