• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3489
— 17.11.2014 21:58

Paytaxtda dələduzluq edən şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhər sakinləri İlham Əsədova qarşı 15000 manat, Teymur Mustafayevə qarşı 12000 ABŞ dolları məbləğində dələduzluq əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 38 yaşlı Qoşqar Soltanov həbs edilib.