• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 17.11.2014 21:09

Sürücü polisə xəsarət yetirdi

Ötən gün axşam saatlarında Bakı sakini 1983-cü il təvəllüdlü Vüsal Əhmədov idarə etdiyi VAZ 2107 markalı 90 HO 877 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkan yol hərəkəti qaydalarını pozduğu üçün Zaqatala- Balakən sərhəddində 718 saylı Katex postunda xidməti vəzifədə olan polis çavuşu Anar Xəlilov tərəfindən saxlanılıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Sürücü Vüsal Anarın boyun nayihəsinə stəkanla zərbə endirib. Xəsarət alan polis əməkdaşı Zaqatala RMX-ya çatdırılıb, hazırda müalicəsi davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində Vüsal Əhmədovun avtomobilində olan sərnişin, 1995-ci il təvəllüdlü Oqtay Kamal oğlu Qarayevdən narkotik götürülüb. Hər iki şəxs saxlanılıb. Polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğunda, sərnişindən narkotik götürülməsi faktı ilə bağlı isə Rayon Polis Şöbəsində araşdırmalar aparılır.