• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 17.11.2014 18:53

Şirvan şəhər sakini balıq tutarkən Kürdə boğulub

35 yaşlı Şövqi Həsənov Kür çayının Şirvan şəhərinin ərazisindən keçən hissəsində tilovla balıq tutarkən suya yıxılıb. Onun meyidi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Şirvan məntəqəsinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.