• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1647
— 17.11.2014 18:50

Yevlax və Xaçmaz rayonu ərazisində yol qəzaları baş verib

Qəzalardan biri xəsarətsiz ötüşsə də, digərində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən gün Yevlax rayonu ərazisində, Xaldan-Mingəçevir magistralında yol-nəqliyyat hadisəsi baş verib. Mingəçevir şəhərindən Xaldan istiqamətinə hərəkət edən Mingəçevir şəhər sakini Xamo Əli oğlu Əliyevin idarə etdiyi “Qaz 31 10” və Yevlax rayon sakini Novruz İsfəndiyar oğlu Behbudovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı Yevlax Rayon Baş Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır.

Elbrus Ağaməmmədov- avtomobil müfəttişi: “Xaldan-Mingəçevir yolunun 2-ci kilometrliyində Mingəçevir şəhər sakini Əliyev Xamo Əli oğlunun idarə etdiyi “Qaz 3110” markalı 66 BE 244 dövlət nişanlı avtomaşınla Yevlax Şəhər sakini Behbudov Novruz İsfəndiyar oğlunun idarə etdiyi “Mersedez-Benz” markalı 66 BJ 048 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə bədən xəsarəti alan olmamışdır”.

Bu gün günorta saatlarında isə Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun 45-ci kilomertrliyində qeydə alınıb. Xaçmaz rayonu, Yeni Sudur kənd sakini Səyyar Ağakərimov idarə etdiyi “VAZ 21063” markalı avtomaşınla əks istiqamətdə hərəkətdə olan Yusif Əmirbəyovun idarə etdiyi “Niva” markalı, avtomaşınla toqquşub. Qəza nəticəsində “Niva”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xudat şəhər xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.