• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3329
— 17.11.2014 18:50

İmişlidə yaşayış evi yanıb

İmişli rayonunun Şahverdili kəndində fərdi yaşayış evi yanıb. Nəriman Məmmədova məxsus yaşayış evində başlayan alov qısa zamanda bütün tikilini bürüyüb. Alovu ilk olaraq qonşu görüb və ətrafdakıları köməyə çağırıb. İmişli Rayon Yanğından Mühafizə  Xidmətinin  2 ədəd  texnikası  və canlı qüvvəsi də hadisə yerinə cəlb edilib. Ümumi sahəsi 75 kvadratmetr olan 3 otaqlı evin 2 otağı əşyaları ilə birgə yansa da, bir otaq yanğından mühafizə olunub. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin baş verməsinin səbəbləri araşdırılır.