• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3369
— 17.11.2014 16:11

Gəncə küçələrinin təmizliyi necə təmin edilir?

Son bir neçə ildə aparılan işlər nəticəsində qədim Gəncənin küçə və prospektləri daha da gözəlləşib. Xüsusi ilə də şəhər küçələrinin təmiz və səliqəli olması yerli sakinlərlə yanaşı  bura gələn qonaqların da diqqətindən yayınmır. Bəs bu təmizliyi qoruyub saxlamaq necə mümkün olur?

Hər birimiz gün ərzində səhər tezdən evdən çıxarkən şəhər küçələrini təmiz görməyə adət etmişik. Gün ərzində zibillədiyimiz şəhər küçələrini isə təmizləyən zəhmətkeş insanlardır.   

İşlərə gecə saatlarından başlanılır.  300-dən çox təmizlik işçisi növbəti gün üçün şəhərin təmiz və səliqəli görünməsi üçün gecə saat 2-dən etibarən  işə başlayırlar. Küçələr süpürülür, səkilər təmizlənir, zibil qutuları boşaldılır. Yığılan məişət  tullantıları isə 46 zibil daşıyan maşın vasitəsi ilə şəhərdən kənara daşınır. Təmizlik işlərinin daha tez və vaxtında yerinə yetirilməsi üçün  idarəyə əlavə olaraq 15 ədəd yeni texnika da gətirilib.

Elmar Əzizov- Gəncə şəhər Təmizlik İdarəsinin rəisi: “Şəhərimizə verilən 6 ədəd super MAZ maşını konteyner götürən maşınlardı. Bundan başqa 6 ədəd JAG markalı maşın, əlavə olaraq bir “Volvo” və bir küçə süpürən maşın verilib ki, bu da işləri daha tez və keyfiyyətli görməyə imkan verib”.

Təmizlik işçiləri bir məqamı da qeyd etdilər ki, şəhərin təmiz saxlanılmasında sakinlər də səy göstərməlidirlər. Onlar əllərindəki zibilləri hara gəldi atmaqdansa addım başı qoyulan zibil qutularına atsalar daha yaxşı olar.

Elton Cabbarlı