• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3369
— 17.11.2014 16:10

Elektrik dirəkləri təhlükə mənbəyidir

Qış fəslində əhalinin elektrik enerjisinə və mavi yanacağa olan tələbatı birə- beş artır. Təbii qaz olmayan kənd və qəsəbələrdə isə vətəndaşlar tələbatı elektrik enerjisi vasitəsi ilə ödəyirlər. Ancaq bu təsərrüfatda da hər hansı bir problem olanda sakinlər çarəsiz duruma düşür. Məsələn, Göygölün Yeni Qızılca kəndində olduğu kimi.

Göygöl rayonunun Yeni Qızılca kəndində yeni tikilən evlərin və ailələrin  sayı durmadan artır. Ancaq artan tələbat nəzərə alınmaqla elektrik təsərrüfatında yenidən qurma işləri nəzərə çarpmır. Sakinlər hələ də taxta dirəklərdən və hörümçək toruna bənzər naqillərdən istifadə edir. Nəzərə alsaq ki, yeni salınan yaşayış massivinə qaz xətti çəkilməyib və əhali əsasən istilik kimi enerjidən istifadə edir. Onda soyuq qış fəslində yarana biləcək çətinliklər qaçılmazdır.

Qüdrət Abbasov- sakin:Bir dənə nazik ağacın üstündə bizə işıq çəkiblər. O da bir az külək əsən kimi problem yaradır”.

Aqil Abıyev- sakin:Evdən gətirib düzəltmişik. Müasir işıq dirəkləri almağa gücümüz çatmır”.

İsa Hüseynov- sakin:Külək olanda qırılır yerə tökülür. Dəfələrlə insanları və heyvanları vurub”.

Vəziyyətdən Göygöl Elektrik Şəbəkəsinin rəsmiləri də xəbərdardır. Şəbəkənin rəis əvəzi Əvəz  Əmiraslanovun sözlərinə görə, şəhər salma haqqında qanuna əsasən yeni salınan yaşayış massivlərində elektrik xətlərinin yenilənməsi prosesini torpaq paylayan qurum həyata keçirməlidir. Buna baxmayaraq Əmiraslanov deyir ki, Yeni Qızılca kəndində elektrik təsərrüfatının yenilənməsi dövlət proqramına salınıb.

Əvəz Əmiraslanov- Göygöl Elektrik Şəbəkəsinin rəis əvəzi:2014-2018 ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulub ki, nəinki Yen Qızılca kəndinə rayonun digər yaşayış məntəqəsində yeni salınan yaşayış massivləri müasir tipli dayaq və naqillərlə, eləcə də intellektual tipli sayğaclarla təmin olunsun”.

Ümid edək ki, tək Yeni Qızılca kəndi deyil, digər yaşayış məntəqələrində yaşanan bu cür problemlər tezliklə həllini tapacaq.

Natiq Hüseyn