• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3369
— 17.11.2014 13:54

Ağstafada peyda olan əcaib canlılar sakinləri qorxuya salıb

Ağstafanın Dağkəsəmən kəndində son vaxtlar peyda olan canlılar insanları narahat etməyə başlayıb. Kənd sakinləri daha çox gecələr rast gəlinən bu heyvanların hər hansı virusu yaya biləcəyindən ehtiyat edirlər.

Səhər açılanda bu təbiət canlıları gözə dəymir. Sakinlər bildirir ki, əsasən gecələr evlərə daraşan bu qurdları kənddə ilk dəfədir ki, görürlər. Əsasən həyətin otluq hissələrindən yaşayış evlərinə tərəf irəliləyən heyvanlar daha çox uşaqları qorxuya salır. Dağkəsəməndə yayılan qurdların təhlükəli olub-olmaması hələ məlum olmasa da kəndlilər bundan çox narahatdılar.

Rahim İbrahimoğlu