• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 16.11.2014 18:22

Bu gün AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunlarına yekun vurulacaq

Son matç günündə Azərbaycan millisi də meydana çıxacaq.

Yığmamız 2014-cü ildə son qarşılaşmasında Norveçlə münasibətlərinə aydınlıq gətirəcək. Uğursuz nəticələr üzündən millini tərk edən almaniyalı Berti Foqtsun istefasından sonra ilk dəfə rəsmi matça komandamızı Mahmud Qurbanov çıxaracaq. Gənc çalışdırıcının yetirmələri son pillədən qurtulmaq üçün mütləq 3 xal qazanmalıdır.

“Bakcell Arena” baş tutacaq görüş saat 21:00-da başlayacaq.

 

Avro-2016-nın seçmə mərhələsi

16 noyabr

H qrupu

21:00. Azərbaycan - Norveç

Baş hakim: Yevgeni Aranovski

Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Semyon Şlonçak

Dördüncü hakim: Sergey Bekker

Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abduıla (hamısı Ukrayna)

Hakim-inspektor: Zoran Petroviç (Serbiya)

UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)

Bakı. “Bakcell Arena” stadionu