• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3331
— 16.11.2014 16:08

Gəncədəki N saylı hərbi hissədə gənc əsgərlər vətənə sədaqət andı içiblər

Dövlət himninin oxunması ilə başlayan tədbirdə Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi də yad edilib. Hərbi hissə komandiri  gənc əsgərləri ordu sıralarına daxil olmaları münasibəti ilə təbrik edib. Əsgərlərə vətənin keşiyində mətin dayanmalarını və hərbi sirlərə mükəmməl yiyələnmələri tövsiyə edilib. Gənc əsgərlər hərbi hissə komandirinin tövsiyyələrinə vətənə sədaqət andı içməklə cavab veriblər. Dövlət bayrağı meydana gətirildikdən sonra marşın sədaları altında gənc əsgərlərin təntənəli keçidi olub. Hərbi xidmətə başlayan əsgərlər vətənin keşiyində mətin dayanacaqlarına söz veriblər.