• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 16.11.2014 15:38

Gəncədə kitabxana işinin təkmilləşdirilməsi məqsədilə seminar-treninq təşkil olunub

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Təhsil İdarəsi və Gəncə Mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə Mərkəzi Kitabxanada treninq təşkil olunub. Kitabxana işinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən treninqdə Gəncədə olan 49 orta təhsil müəssisəsinin kitabxanaçıları iştirak edib.

Peşəkar kitabxanaçılarının apardığı seminar-treninqdə məktəblərdə kitabxana işinin təşkili, təkmilləşdirilməsi və mövcud çatışmazlıqlar müzakirə olunub. Qeyd olunub ki, günümüzdə bəzi orta təhsil müəssisələrində kitabxana işi düzgün aparılmır. Gənclərdə kitaba sevgi məktəb yaşlarından aşılanmalıdır və bu işdə kitabxanaçıların üzərinə böyük iş düşür. Bu gün xüsusi ilə də yeni təmir olunan məktəblərdə kitabxanaların ən son avadanlıq və yeni kitablarla təmin olunması, oxucu sayının artırılmasına şərait yaradır. Məktəblərdə oxucu bazası çox olsa da, kitaba olan maraq olduqca azdır.

Zakir Hüseynov- Gəncə şəhər Təhsil idarəsinin müdiri: "Bu gün hər evdə internetin olması, elektron kitabxanalara olan marağın artması kitabxanalarda oxucuların sayını azaldır. Biz çalışırıq ki, bütün məktəblər internetlə təmin olunsun və şagirdlər məktəb kitabxanalarından da elektron kitabları oxuya bilsinlər".

Şagirdləri kitabxanaya cəlb etmək üçün məktəbdaxili oxucu klublarının təşkili, mərkəzi kitabxananın nəzdində səyyar kitabxananın yaradılaraq, məktəblərin ixtiyarına verilməsi də təkilif olunub. Bu cür treninqlərin bundan sonra mütəmadi olaraq təşkil edilməsi planlaşdırılır.

 

Gülnar Fazilqızı