• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 16.11.2014 15:28

Gəncədə İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir start götürüb

Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə böyüklər arasında Respublika səviyyəli turnir start götürüb. Yarış SSRİ-nin əməkdar məşqçisi İsax Cəfərovun xatirəsinə həsr olunub. Birinciliyin açılış mərasimində İsax Cəfərovun Gəncə güləş məktəbinin yaradıcılarından biri olduğu qeyd olunub. Mərhum məşqçinin Aydın İbrahimov kimi ilk azərbaycanlı dünya çempionu yetişdirməsi fəxrlə bildirilib. Sayca 28-ci dəfə keçirilən ənənəvi yarışda 10 komandanın heyətində 70 pəhləvan medallar uğrunda mübarizəyə qoşulub. Güləşçilər 7 çəki dərəcəsində döşək üzərində qurşaq tuturlar. Birinclikdə Gəncə təmsilçiləri ilə yanaşı, Bakı, Sumqayıt, Abşeron, Qax, Yevlax, Zaqatala, Şəmkir və Tovuz güləşçiləri də çıxış edir. Xatırladaq ki, əvvəllər beynəlxalq xarakter daşıyan turnirdə Gürcüstan, İran və Rusiyadan olan idmançılar da iştirakçılar arasında olub.