• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 15.11.2014 19:59

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III turun oyunları keçiriləcək

Lider “Rabitə”nin istirahət edəcəyi gündə turnir cədvəlinin ilk pilləsində dəyişiklik ola bilər.

Belə ki, rəqibindən 1 oyun çox keçirəcək “Lokomotiv” zirvəni müvəqqəti də olsa ələ keçirmək imkanına malikdi. Yeni mövsümdə hələ məğlub olmayan “dəmiryolçular” bunun üçün “Telekom” səddini keçməlidirlər. İstənilən hesablı qələbə “Lokomotiv”i birinci edəcək.

Lakin Eldar Yusubovun yetirmələrinin də asan xal verəcəyi inandırıcı deyil. Çünki gənclərdən qurulan “Telekom” oyundan-oyuna “artırır” və hər top uğrunda mübarizə aparır.

Turun digər matçında isə “Azəryol”la “Azərreyl” münasibətinə aydınlıq gətirəcək. Aleksandr Çervyakovun yetirmələrinin aşkar favorit olduğu matçda xal itirəcəyi inandırıcı deyil. Çünki ilk turda gözlənilmədən məğlub olan “Azəryol”a məğlubiyyət sonda baha başa gələ bilər.

15 noyabr

III tur

15:00. “Lokomotiv” – “Telekom”

Voleybol Mərkəzi

 

18:00. “Azəryol” – “Azərreyl”

Voleybol Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

2

2

0

2

0

0

0

0

0

6-0

151-118

6

2.

Lokomotiv

2

2

0

0

1

1

0

0

0

6-3

221-200

5

3.

Azəryol

1

0

1

0

0

0

1

1

0

2-3

110-114

1

4.

Telekom

1

0

1

0

0

0

0

0

1

0-3

54-76

0

5.

Azərreyl

2

0

2

0

0

0

0

1

1

1-6

154-172

0