• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 15.11.2014 19:58

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti sınağına çıxacaq

Bernard Lippertin rəhbərlik etdiyi komanda Malta millisi ilə qarşılaşacaq.

Növbəti Avropa çempionatının püşkatmasını gözləyən komandalar Vallettada qarşılaşacaq. “Hibernians” klubuna məxsus eyniadlı arenada baş tutacaq oyun yığmamızın bu ay keçirəcəyi ikinci matç olacaq.

Cəmi 3 min tamaşaçı tutan arenadakı görüş Lippertin millimizdə son matçı ola bilər. Çünki almaniyalı ilin sonunda postunu tərk edəcəyini açıqlamışdı. Maltadakı oyun 2014-cü ildə sonuncu olduğundan elə bu matç onun üçün postu ilə vida görüşü kimi də qiymətləndirilir.

AVRO-2015-in seçmə mərhələsinin yekunlarına əsasən yığmamız adadakı qarşılaşmanın favoritidi. Çünki komandamız yarışı 4 xalla 4-cü yerdə başa vurubsa, maltalılar xal üzünə həsrət qalıb. Ardıcıl 8 dəfə uduzan rəqibimiz son 5 tsikldə 2 dəfə qələbə əldə edib.

16 noyabr

16:00. Malta (U-21) – Azərbaycan (U-21)

Malta. Valetta. “Hibernians” stadionu