• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 15.11.2014 19:57

Futbol üzrə Azərbaycan I divizionunun XI tura yekun vurulub

Son oyun günündə 4 görüş keçirilib. Baş tutan qarşılaşmalarda Gəncəni aşağı dəstədə təmsil edən “Kəpəz” səfərdə “Neftçala”ya məğlub olub. Qərb bölgəsinin I diviziondakı digər kollektivi “Şəmkir” isə Bakıda “Lokomotiv” minimal hesabla üstələyib. Günün digər qarşılaşmalarında “Rəvan” “Energetik”dən, “Zirə” “Bakılı”dan güclü olub.

I divizion

XI tur

14 noyabr

 

“Neftçala” - “Kəpəz” – 3:0

Qollar: Vaquf  Güləliyev, 43; 69, Aqşin Həşimov, 45+1

 

“Lokomotiv” - “Şəmkir” – 0:1

Qol: Anar Rzayev, 75

 

“Rəvan” - “Energetik” – 3:1

Qollar: Amil Yunanov, 41, Elgün Abbaslı, 75, Əli Bağırov, 77 - Elvin Əlizadə, 18

 

“Zirə” - “Bakılı” – 3:1

Qollar:Əliağa Xudiyev, 12, Qvanzan Maqamedov, 49, Fərid Bağırov, 65 - Asif Zeynalov, 80