• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 15.11.2014 19:56

Futbol üzrə Avro 2016-nın seçmə mərhələsinin 4-cü turunun görüşləri start götürüb

İlk oyun günündə Almaniya zəif rəqibinə heç bir şans verməyərək, böyükhesabla qələbə qazanıb, Farer Adalarının səfərdə Yunanıstanı məğlub etməsi isə, gecənin sürpriz nəticəsi olub.

D qrupunun oyunları çərçivəsində Almaniya doğma publika önündə Cəbəllütariq yığması ilə qarşılaşıb. Matçda hesab 12-ci dəqiqədə açılıb. Tomas Müller rəqib qapıçının səhvindən sonra topu torla qovuşdurub. İlk yarım saatın tamamında Müller komanda yoldaşının cərimə meydançasına ötürməsini bir toxunuşla qapıya göndərərək fərqi iki topa yüksəldib. Bir qədər sonra bundestim növbəti qol istəyini reallaşdırıb. Mario Qötze cəbəllütariqli müdafiəçilərin əhatəsindən məharətlə sıyrılaraq yerli azarkeşləri sevindirib. 67-ci dəqiqədə qonaqlar qapılarında daha bir qol görüblər. Yogan Santos avtoqol müəllifinə çevrilərək Almaniyanın böyükhesablı qələbəsinə yardımçı olub. 4:0

Bu qrupun digər görüşündə Şotlandiya və İrlandiya komandaları qarşı-qarşıya gəlib. Oyunun taleyini 1 qol həll edib. 75-ci dəqiqədə baxımlı zərbə ilə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edən Şon Maloni komandasına minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, D qrupunun Gürcüstan - Polşa qarşılaşmasında qonaqlar 4:0 hesabı ilə qələbə qazanıb.

F qrupunda reallaşan Yunanıstan - Farer Adaları matçında qonaqlar qələbəyə sevinib. 61-ci dəqiqədə Yohan Endmundsonun ayağına yazılan yeganə qol Farer adalarına qələbə qazandırıb. Bu qələbə sayəsində Farer adaları qrupda ilk 3 xalı aktivinə yazdırıb.

Eyni hesabla bitən digər matçda Macarıstan evdə Finlandiyanı sınağa çəkib. Bu oyunun da taleyi 1 qoldan asılı olub. Qarşılaşmanın yekunlaşmasına 6 dəqiqə qalmış başı ilə çərçivəni dəqiq nişan alan Zoltan Qera macarlara qələbə sevinci yaşadıb.

Rumıniya Şimali İrlandiya görüşü də ev sahiblərinin qələbəsi ilə sonuçlanıb. Oyunda tablo 74-cü dəqiqədə işə düşüb. Rumin futbolçu Paul Papp qüvvətli zərbə ilə rəqib qapıçını məyus edib. 5 dəqiqə sonra bu futbolçu yenidən diqqət mərkəzinə düşərək komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

Seçmə mərhələnin İ qrupunda isə 2 oyun baş tutub. Favoritlərdən Danimarka səfərdə, Portuqaliya isə evdə 3 xal qazanıb. Prineylilər doğma meydanda Ermənistanla qarşılaşıb. Oyunun ilk hissəsində tərəflər fərqlənə bilməyiblər. İkinci yarıda daha fəal oyun nümayiş etdirən meydan sahibləri 72-ci dəiqədə Kriştiano Ronaldo ilə rəqib qapısına yol tapıb. Ronaldo vurduğu bu qolla yeni rekorda da imza atıb. Belə ki, Avropa çempionatının seçmə mərhələsində 23-cü dəfə fərqlənən ulduz futbolçu 22 qolluq rekordu yeniləyib. Bu qol həm də görüşün taleyini həll edib.

Qrupun digər qarşılaşmasında Serbiya Danimarkanı sınağa çəkib. Oyunda ilk qol serblərdən gəlib. 4-cü dəqiqədə Tosiç diqqət mərkəzinə düşüb. Lakin danimarkalılar ikinci yarıda oyunun axarını öz xeyirlərinə dəyişə biliblər. 60-cı dəqiqədə Bentner rəqib torunu havalandırıb. 2 dəqiqə sonra Kyaer komandasını önə keçirib. Görüşün sonlarına yaxın isə Bentner dubl edərək yekun nəticəni təyin edib. Serbiya 1 Danimarka 3.

Ötən gün Avropa çempionatının seçmə mərhələsində IV turun qarşılaşmaları start götürüb. Verilən məlumata görə, 3 gün davam edəcək turun ilk matç günündə D, F və İ qrupunun iştirakçıları mübarizə aparıb.

2014-cü ilin son seçmə görüşü Gürcüstanda başlayıb. Burada D qrupunun lideri Polşa meydan sahibləri ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə qonaqlar gürcülərin qapısından 4 cavabsız top keçirib.

 

III pillədə qərarlaşan son dünya çempionu Almaniya debütant Cəbəllütariqlə üz-üzə gəlib. Bu matçda da azarkeşlər 4 qola şahidlik ediblər. Bundestim rəqibini darmadağın edib – 4:0.

İrlandiya Şotlandiyaya evdə 1:0, Rumıniya Şimali İrlandiyaya 2:0, Macarıstan Finlandiyaya 1:0 və Farer adaları isə səfərdə Yunanıstanı eyni hesabla (0:1) qalib gəlib.

Qeyd edək ki, millimizin yer aldığı H qrupunun komandaları noyabrın 16-da meydana çıxacaq. Yığmamız Bakıda Norveçlə üz-üzə gələcək. Matç saat 21:00-da başlayacaq.

AVRO-2016-nın seçmə mərhələsi

14 noyabr

D qrupu

Gürcüstan – Polşa - 0:4

Qollar: Qlik, 51, Kryçoviak, 71, Mila, 73, Milik, 90+2

Almaniya – Cəbəllütariq - 4:0

Qollar: Müller, 12; 29, Qötze, 38, Santos, 67-avtoqol

Şotlandiya – İrlandiya - 1:0

Qol: Maloney, 75

 

1.

Polşa

4

3

1

0

15:2

10

2.

Almaniya

4

2

1

1

7:4

7

3.

Şotlandiya

4

2

1

1

5:4

7

4.

İrlandiya

4

2

1

1

10:3

7

5.

Gürcüstan

4

1

0

3

4:7

3

6.

Cəbəllütariq

4

0

0

4

0:21

0

 

 

F qrupu

Yunanıstan – Farer adaları - 0:1

Qol: Edmundsson, 61

 

Macarıstan – Finlandiya - 1:0

Qol: Qera, 84

 

Rumıniya – Şimali İrlandiya - 2:0

Qollar: Papp, 74; 79

 

 

1.

Rumıniya

4

3

1

0

6:1

10

2.

Şim İrlandiya

4

3

0

1

6:3

9

3.

Macarıstan

4

2

1

1

4:3

7

4.

Finlandiya

4

1

1

2

4:5

4

5.

Farer adaları

4

1

0

3

2:6

3

6.

Yunanıstan

4

0

1

3

1:5

1

 

 

İ qrupu

Serbiya – Danimarka - 1:3

Qollar: Tosiç, 4 - Bendtner, 60; 85, Kyaer, 62

 

Portuqaliya – Ermənistan - 1:0

Qol: Ronaldo, 72

 

1.

Danimarka

4

2

1

1

6:4

7

2.

Porteuqaliya

3

2

0

1

2:1

6

3.

Albaniya

3

1

1

1

2:4

4

4.

Serbiya

3

1

1

1

5:4

1

5.

Ermənistan

3

0

1

2

2:4

1