• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3050
— 15.11.2014 17:08

Məcburi köçkünlər üçün tikilən daha bir şəhərciyin inşaası başa çatıb

Bakı- Qazax magistralının sağ tərəfində məcburi köçkünlər üçün nəzərdə tutulan şəhərciyin inşaası artıq başa çatıb. Mənzillər hər bir şəraitlə təmin olunub.  

İnşaasına 8 ay öncə başlanılan şəhərcik, Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan və Kəlbəcərdən olan məcburi köçkünlərin yaşaması üçün nəzərdə tutulub. Burada 600 məcburi köçkün ailəsinin rahat yaşaması üçün hər bir şərait yaradılıb. Şəhərcikdə məktəb, uşaq bağçası,  həkim məntəqəsi, poçt və yanğınsöndürmə məntəqəsi də inşa olunub.  Qaz, işıq və su xətləri çəkilib. Mənzillərin otaqları məişət avadanlıqları ilə təchiz edilib. 

Süleyman Abbasov- QMKİDK-nın Gəncə bölməsinin nümayəndəsi “Həmin qəsəbə üçün 60 ha torpaq sahəsi ayrıldı. Həmin 60 ha ərazidə də 600 ev tikildi. 1, 2, 3 və 4 otaqlı mənzillərdir. Hər bir evin həyəti də 6 sot torpaq sahəsindən ibarətdir.”  

Yeni avtovağzaladək işləyən marşrutların gediş xəttinin şəhərciyədək uzadılması nəzərdə tutulub. Bundan əvvəl Gəncədə qaçqın və məcburi köçkünlər üçün 1500 mənzillik qəsəbə inşa olunub və yaxın gələcəkdə  daha 1500 məcburi köçkün ailəsi üçün qəsəbənin inşası nəzərdə tutulub.

Zülfiyyə Telmanqızı