• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 15.11.2014 16:18

Gəncədə şahmat üzrə şəhər birinciliyi keçirilir

Şahmat məktəbində düzənlənən yarışda yeniyetmə oğlan və qızlar 8, 10, 12, 14 və 16 yaş kateqoriyasında mübarizə aparır. Ümumilikdə 315 iti zəka sahibinin qüvvəsini sınadığı yarışda 14 və 16 yaş kateqoriyasında  qızlarla 16 yaşlı oğlanların qrupunda baş tutan oyunlar istisna olmaqla digər bütün görüşlər İsveçrə sistemi üzrə 11 turdan ibarətdi. Noyabrın 17-si yekunlaşacaq birincilikdə ilk üçlüyə düşən şahmatçılar Azərbaycan çempionatının seçmə yarışında Gəncəni təmsil etmək hüququ qazanacaq. Qeyd edək ki, yarışda yer tutan iştirakçılar fəxri fərman və medalla təltif olunacaq.