• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 15.11.2014 16:17

Ölkəmizi tanıyaq- maarifləndirici tur aksiyası davam edir

Məktəblilərin səmərəli  tətil keçirməsi üçün təşkil olunan "Ölkəmizi tanıyaq" maarifləndirici tur aksiyası davam edir. Ötən gün Bakının Xətai rayon məktəblilərinin olduğu ikinci avtobusun Qərb bölgəsinə səfəri başlayıb.

Ötən gün Gəncəyə gələn "Ölkəmizi tanıyaq" avtobusunun ilk dayanacağı Heydər Əliyev parkı olub. Burada qarşılanan məktəblilərə Gəncə və qarşıdakı günlər ərzində gəzib görəcəkləri yerlər haqda ətrfalı məlumat verilib. Sonra Qafqazın III ən böyük parkı ilə əyani tanışlıq başlayıb. Daha sonra məktəblilər Heydər Əliyev mərkəzinə gəliblər. Burada Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar. Məktəblilərə Gəncənin bu günü və tarixini  əks etdirən kitablar paylanılıb. Daha sonra şagirdlər mərkəzdə fəaliyyət göstərən xalçaçılıq mərkəzi, 10D kinoteatr və kitabxana ilə də maraqlanıblar.

Aidə Yusifzadə -məktəbli: "Yaxşı oxuduğum üçün mən də bu layihəyə qoşulmuşam və buna görə çox şadam".

Vüsal Sadıqlı - məktəbli: "Ölkəmizi tanıyaq" devizi altında birləşdiyimiz bu layihədə ölkəmizin bir çox gəzməli görməli yerləri ilə tanış oluruq. Heydər Əliyev və ölkəmiz haqda bilmədiyimiz məlumatlara sahib oluruq".

Məktəblilər Nizami Yurdu ilə tanışlığa bu gün də davam ediblər. "Gəncə Qala qapıları" muzey kompleksinə gələn bakılı qonaqlar daha sonra Şeyxin məqbərəsini ziyarət ediblər. Onlara dahi şairin həyat və yaradıcılığı haqda ətraflı məlumat verilib. Məktəblilər daha sonra Nizami Gəncəvi muzeyinə gəliblər. Qonaqlar gəzintiyə Xan Bağı, Cavad Xan Türbəsi, Şah Abbas Cümə məscidi ilə tanışlıqla davam edib.

Gülnar Fazilqızı