• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3567
— 15.11.2014 16:15

Yerli istehsalçılar yetişdirdikləri tərəvəzləri satmaqda çətinlik yaşayırlar

Yerli istehsalçılar rublun dəyərinin aşağı düşməsi üzündən Rusiya bazarlarına göndəridikləri məhsullardan gəlir əldə edə bilmirlər. Bu üzdən samuxlu təsərrüfatçılar istixanalarda yetişdirdikləri tərəvəzləri məcburən yerli bazara çıxarırlar ki, bu da qiymətin aşağı düşməsinə gətib çıxara bilər.

Samux rayonunun Qarayeri qəsəbəsində kənd təsərrüfartı fəaliyyəti ilə məşğul olan Məmməd Ələkbərov deyir ki, istixanalarda yetişdirilən məhsulların Rusiya bazarına çıxarılması daha sərf eləmir. Bu ölkədə rus rublunun dəyərdən düşməsi satılan məhsuldan qazanc əldə etməyə imkan vermir. Ziyanla işləmək isə sərf etmir.

Məmməd Ələkbərov- Təsərrüfat sahibi: “Alıcılar bizdən məhsulu alırlar, amma dollara çevirəndə böyük pul itkisi olur. Keçən il bu vaxt biz məhsulumuzu 1.50 AZN civarında verirdiksə, indi bu məhsul bizə 35-40 qəpiyə başa gəlir. Hər gün biz orta hesabla 500-600 manat ziyana işləyirik. Artıq ziyanı ödəyə bilmirik və məcburuq ki, fəaliyyətimizi dayandıraq”.

Bu baxımdan da təsərrüfatçılar çıxış yolunu yerli bazarlarda görür. Lakin bazara tələbatdan artıq məhsul çıxarılanda da qiymət aşağı düşür.

Məmməd Ələkbərov- Təsərrüfat sahibi: “Yerli bazarda bizi kimi istehsalçılar da var. Rusiya bazarlarına məhsul göndərilmədiyindən bütün məhsullar yerli bazara çıxarılır ki, tələbat da bu qədər məhsula olmadığından daxili bazarda elə qiymət verilmir”.

Hazırda təsərrüfatçılar yeni bazarların axtarışındadır. Türkiyə, İran və Gürcüstan kimi ölkələr məhsul ixracı üçün gündəmdə olan ölkələrdir. Bunadək isə iş adamları ümid edir ki, Sahibkarlığa Kömək Milli Fondu mövcud vəziyyəti nəzərə alaraq müəyyən güzəştlərə gedəcək.