• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 14.11.2014 18:32

Tayvanlı Çinq-Kuo Vu yenidən 4 il müddətinə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti seçilib

Bu haqda qərar Koreyanın Jeju adasında keçirilən konqresində qəbul olunub. Yığıncaqda iştirak edən 196 federasiyadan 98-i hazırkı prezident Vunun lehinə səs verib. O, bununla da 3-cü dəfə bu posta yiyələnib. Vu 2006-cı ildən AİBA-ya rəhbərlik edir. O, bu vəzifədə 20 il çalışan pakistanlı Ənvər Çoudrini əvəzləyib.