• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2138
— 14.11.2014 18:56

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov növbəti uğurunu qazanıb

Həmyerlimiz bu dəfə Rusiyada Mixail Talın xatirəsinə həsr olunan beynəlxalq blits yarışının qalibi olub. 12 şahmatçının iştirak etdiyi, ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirdə Məmmədyarov 22 oyundan 16 xal toplayıb. Yarışda ikinci yeri tutan Aleksandr Qrişuk təmsilçimizdən 0,5 xal geri qalıb. İlk “üçlüyü” isə əlavə əmsallara gör Boris Gelfand qapayıb.