• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 14.11.2014 18:58

Paytaxtda kişi qohumu sinəsindən bıçaqlayıb

Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Al qana boyanan 34 yaşlı Emin Hüseynovu xəstəxanaya Nərimanov rayon post patrul xidmənin əməkdaşları çatdırıblar. Müayinə zamanı həkimlər Emin Hüseynovun sinə nahiyəsində üç bıçaq xəsarəti aşkarlayıblar. Xeyli qan itirən yaralı dərhal əməliyyat olunub.

Qanlı hadisə paytaxtın Ulduz metrostansiyası yaxınlığında baş verib. Yaşadıqları məhəllədə Emin Hüseynovla qohumu arasında mübahisə düşüb. Mübahisə zamanı qohumu Emini bıçaqlayıb. Qohumunu bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

Hazırda Nizami rayon polis İdarəsinin əməkdaşları onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanılıb.