• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 14.11.2014 19:27

Bakıda soyğunçuluqda şübhəli bilinən 22 yaşlı şəxs saxlanılıb

Bakı Şəhər Polis İdarəsindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, vətəndaşa qarşı soyğunçuluqda şübhəli bilinən  22 yaşlı Fərid Yəhyayev saxlanılıb. Müvəqqəti Qaradağ rayonu ərazisində yaşayan  Ağdaş rayon sakini Fərid Yəhyayevi əməliyyatçılar Bakı şəhər sakini Səbzə Nəbiyevanın əl çantasını oğurlayıb qaçmaqda şübhəli bildiyi üçün yaxalayıb. Zərərçəkmiş çantasında 133 manat pul və müxtəlif sənədlərin olduğunu deyib. Saxlanılan zaman Fərid Yəhyayev 142 saylı marşrutla hərkət edən avtobusu idarə edib. 109 saylı marşrutda sürücü işləyən Yəhyayev bu marşrutda dostunu əvəz etdiyini deyib. Amma Fərid hadisədən xəbərsiz olduğunu bildirib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar davam edir.