Bu günə xəbərlərin oxunma sayı: 899
— 09.03.2018 13:26

Keçmiş məhkumdan 7 kq-dan artıq heroin və marixuana götürülüb

KepezTV Player

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 2 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq Səmədovun yaşadığı evə baxış keçirilib. Orada gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub. Saxlanılan şəxs ilknn ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.