• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4769
— 14.11.2014 19:26

Bakıda baş verən 2 yol qəzasında 1 nəfər dünyasını dəyişib, 2 nəfər ağır yaralanıb

Ötən gün axşam saatlarında paytaxt ərazisində baş verən iki yol nəqliyyat hadisəsində 1 nəfər dünyasını dəyişib, ikisi isə ağır xəsarət alıb. Xəsarət alanlardan biri DYP əməkdaşı olub.

Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Vaz 2106” markalı avtomobili ilə sürətlə hərəkətdə olan 24 yaşlı Elçin Mamedov qarşısında olan Dursun Rəsulova məxsus 179 saylı sərnişin avtobusuna çırpılıb. Qəza zamanı "Jiquli" nin sürücüsü xəsarətlər alıb. O,  təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Qəza nəticəsində “Vaz 2106” deformasiyaya uğrasa da sərnişin avtobusuna ciddi ziyan dəyməyib.

Qəzanın baş vermə səbəblərini Binəqədi polisi araşdırır.

 

Nərimanov rayonunda isə avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən Dövlət Yol Polis Əməkdaşını avtomobillə vurub.

“Vaz 2107” markalı avtomobil Ağa Neymətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönəndə başqa bir avtomobilə çırpılıb. Ərazidə xidmət aparan Yol Polis Xidmətinin əməkdaşı Yaşar Qocalı yol nəqliyyat hadisəsi yerindən qaçmaq istəyən “Vaz 2107”-nin sürücüsünə saxla əmri verib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsini rəisi İlqar İbrahimovun sözlərinə görə, polis əməkdaşını vurandan sonra hadisə yerindən uzaqlaşmaq istəyən sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb. Tıxacda qalan sürücü yol polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin  xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam edir.