• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4769
— 14.11.2014 19:02

Zaqatalada baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 134-cü kilometrliyində baş verib. Zaqatala sakini Məmmədov Telmanın idarə etdiyi “Vaz 21-112” markalı avtomobil Balakən istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala sakini Məmmədov Etibarın idarə etdiyi “Prado” markalı avtomobillə toqquşub. Nəticədə Telman Məmmədov və onun sərnişinləri Sabir və Zərqələm müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Telmanın vəziyyəti yüngül olduğundan ona ambulator yardım göstərilərək evə buraxılıb. Sabir və onun həyat yoldaşı Zərqələmin müalicəsi isə davam etdirilir. Hadisənin dəqiq təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.