• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3447
— 14.11.2014 21:32

Gəncədə 40 yaşlı kişi bıçaqlanıb

Bu gün axşam saatlarında Gəncə şəhəri 4-cü mikrarayon ərazisində 40 yaşlı şəhər sakini Şahin Zeynalov bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat zamanı onun üzərində daxilə nüfuz edən 3 bıçaq zərbəsi aşkarlanıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğundan Zeynalovu reanimasiya şöbəsinə yerləşdirib. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, Şahin Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məkum deyil. Istintaq əməliyyat tədbirləri davam etdirilir.