• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 14.11.2014 19:11

Xaçmazda bir gündə iki bıçaqlanma: 1 ölü, 1 yaralı

Xaçmaz rayonunda bir gündə iki bıçaqlanma faktı qeydə alınıb. Hadisələr zamanı bir nəfər qətlə yetirilib, bir nəfər isə xəsarət alıb.

Ötən gün Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

20 yaşlı Xaçmaz rayon sakini Nəbiyev Polad Rafiq oğlu qətlə yetirilib. Hadisə Xaçmaz peşə məktəbinin qarşısında baş verib. Keçirilən əməliyyat -axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 18 yaşlı Xaçmaz rayon sakini Əlihəsən İlqar oğlu Fətullayev saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən şəxs nənəsinin qızıl-zinət əşyalarını oğurladığına görə məhkum olunub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Daha bir bıçaqlanma hadisəsi zamanı isə Xaçmaz rayon sakini 57 yaşlı Osmanov Telman Mahmud oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilən zərərçəkən aralarında yaranan mübahisə nəticəsində qonşusu tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir