• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4721
— 14.11.2014 18:50

Bakıda həyat yoldaşı ilə mübahisə edən kişi özünü bıçaqlayıb

Bakının Nərimanov rayonu ərazisində qanlı hadisə baş verib. 

Xətai prospekti 10 ünvanında yaşayan Türkiyə vətəndaşı 36 yaşlı Atalay Əli Həsən bıçaqlanıb.

Restoranların birində kababçı işləyən Əli Atalayı xəstəxanaya dostları çatdırıb. 

Hadisə barədə məlumat alan 22-ci Polis Bölməsinin əməkdaşları dərhal araşdırmalara başlayıb. Məlum olub ki, Atalay özü özünü bıçaqlayıb.

İşdən evə sərxoş gələn Atalayı həyat yoldaşı evə buraxmayıb. Bu səbəbdən ərlə arvad arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Atalay əlini bıçağa atıb. Əlindəki bıçağı da öz qarın nahiyəsinə sancıb. Həkimlər əməliyyat olunan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər. 

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.