• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4718
— 14.11.2014 18:33

4 gündür bədbəxt hadisə nəticəsində kanalda batan qardaşların axtarışları davam edir

Artıq 4 gündür ki, Yuxarı Qarabağ kanalında batan 2 yeniyetmə qardaşın cəsədlərinin axtarışları aparılır.

Aran dalğıc-axtarış qrupu, Mingəçevir Sularda Xilasetmə məntəqəsi, 10 nəfər şəxsi heyət, 2 rezin qayıq və dalğıc ləvazimatları ilə axtarışları davam etdirir.  

Xatırladaq ki, noyabr ayının 11-də Ağdərə rayonundan məcburi köçkün 11 və 13 yaşlı Novruzov qardaşları Yuxarı Qarabağ kanalının kənarında balıq tutarkən bədbəxt hadisə baş verib. Balaca qardaş ayağı sürüşərək suya düşüb. Böyük qardaş kiçik qardaşın suda boğulduğunu görüb, onu xilas etmək üçün kanala atılıb. Nəticədə hər ikisi batıb.