• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3132
— 14.11.2014 18:26

Şəkidə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə seminar-müşavirə keçirilib

İnsanların illərlə çəkdiyi zəhmət hədər gedir, qurub-yaratdıqları bir anda məhv olur. Səbəbin isə yanğın olduğunu eşidirik. Bəli, yanğın hadisəsi fövqəladə hallar arasında daha qorxulu hal sayılır, nəticələri isə daha ağır olur. Əsasən də payız-qış mövsümündə yanğın hadisələrinə daha tez-tez rast gəlirik. Yaşayış məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması yerli icra orqanları və müvafiq qurumların qarşısında duran əsas vəzifələrdəndir. Bu mövzuda Şəkidə keçirilən seminar-müşavirədə məqsəd bu kimi halların qarşının alınması üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsi olub. Müşavirədə müvafiq qurumlarının qarşısında duran vəzifələr müəyyənləşdirilib. Eləcə də, iştirakçıları düşündürən suallar cavablandırılıb, tövsiyyələr verilib, yanğın təhlükəsizliyi qaydalarının əks olunduğu plakat və yaddaş vərəqələri paylanılıb.