• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4615
— 14.11.2014 17:29

Tovuzda içərisində azyaşlı uşaq olan avtomobil yanıb

Tovuzda azyaşlı atasının avtomobilini yandırıb, özü isə ağır yanıq xəsarəti alıb. Gəncə şəhər 2 saylı Uşaq Birləşmiş Xəstəxanasından verilən məlumata görə, Tovuz rayonunun Düzqırıqlı kənd sakini 3 yaşlı Qəzənfər Mehdiyev başın və əllərin termik yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər dərhal azyaşlıya ilkin tibbi yardım göstəriblər.  Uşağın yaxınlarının sözlərinə görə, Qəzənfər atasının  həyətdə olan “VAZ 2106” markalı avtomobilinə minib və sonra avtomobil yanmağa başlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik bilinmir.