• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4615
— 14.11.2014 15:39

Gəncədə yolu keçmək istəyən ana və azyaşlı qızı avtomobillə vurulub

Hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində, Heydər Əliyev prospektində baş verib. Gəncə şəhər sakini, 27 yaşlı İntizar Xəlilova və onun 4 yaşlı qızı Fatimə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulublar.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti  ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.