
Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov Qazaxda keçirilən "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı toplantıda çıxışı zamanı açıqlayıb.
16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edənlər ölkəmizin çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələrinin olduğunu diqqətə çatdırıblar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov görüşün Qazaxda keçirilməsinin əsas məqsədlərindən birinin burada 19-cu əsrə aid və bu günümüzədək qorunub saxlanılan provaslav kilsəsinin olmasını bildirib. Bu da Azərbaycanda multikulturalizm ənənələrinin göstəricilərindəndir.
Multikulturalizm mərkəzinin direktoru dini və milli azlıqların olduğu digər regionlarda da dəyirmi masa müzakirələrinin davam etdiriləcəyini deyib. Bundan başqa gələn il Bakı Slavyan Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin təşkili də nəzərdə tutulub.
Rahim İbrahimoğlu
- Baxış: 380