• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3003
— 14.11.2014 16:11

İdmançımız veteranlar arasında cüdo üzrə dünya çempionatının qalibi olub

Ölkə idmanının uğur qazanmasında böyük pay sahib olan Mövlud Mirəliyev karyerasını fəal şəkildə olmasa da davam etdirir.

Beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən tatami ustası veteranlar arasında cüdo üzrə dünya çempionatında fərqlənməyi bacarıb. İspaniyanın Malaqa şəhərində baş tutan mundiala qatılan təmsilçimiz Priney yarımadasında Azərbaycan bayrağını dalğalandırmağa nail olub. Azərbaycan Cüdo Federasiyasının qərb bölgəsi üzrə kurator vəzifəsini daşıyan Mirəliyev dünya çempionatında əvvəllər əldə etdiyi nailiyyətlərin davamını gətirib. Veteranlar arasında bacarığını sərgiləyən idmançı fəxri kürsünün ilk pilləsinə qalxıb.

Mövlud Mirəliyev Azərbaycan cüdosunun bu günü ilə bağlı fikirlərini də bölüşüb. Millidə baş məşqçi dəyişikliyinə toxunan veteran cüdoçu əcnəbi mütəxəssislər olmadıqda belə nəticə qazanmağın mümkün olduğunu bildirib.

Xatırladaq ki, Mövlud Mirəliyev idmançı karyerası ərzində ən böyük uğurunu 2008-ci ildə Pekində düzənlənən Yay Olimpiya Oyunlarında qazanıb. Cüdoçu dördilliyin ən mötəbər yarışında bürünc mükafata yiyələnib.

Orxan Cəfərzadə