• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3003
— 14.11.2014 14:08

Gəncə Uşaq evinin uşaqları icbari tibbi müayinədən keçiriliblər

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı əsasında ölkədə uşaq və yeniyetmələrin icbari tibbi müayinəsi davam etdirilir. Gəncə Uşaq evində 1 saylı uşaq poliklinikasının həkimləri uşaqların dispanserizasiyasını aparıb. Onlardan  qan analizləri götürülüb və fərdi şəkildə hər bir uşaq oftolmoloq, lor, nevropotoloq, allerqeloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunublar. 14 yaşdan yuxarı uşaqların isə füloqrafik müayinəsi aparılıb. Gəncə Uşaq evində 3-16 yaş arası 63 uşaq tərbiyə alır.

Gülxar Əsgərova– 1 sayılı Uşaq Poliklinikasının baş həkimi: “Biz uşaqlarda həm füloqrafik, həm də laborator müayinələr apardıq. Heç bir ciddi xəstəlik aşkarlanmadı. Bəzi uşaqlarda animiya müşahidə olunub. Bu da yüngül müalicə ilə aradan qaldırılacaq”.